تبلیغات
آذربایجان،آنا وطن - تورکجه دیلیجه اوخوماق
قالب وبلاگ قالب وبلاگ

آذربایجان،آنا وطن
 
qaflansəsi- قافلان سسی به علت تغییر آى پى صحفه اول وبلاگ توسط مخابراط دسترسى حتى با فیلتر شكن ممكن نیست،براى

به وبلاگ من خوش آمدید
 
نوشته شده در تاریخ 1389/09/4 توسط blogçi
بیر متن اورمو گولو  موریدی

سوز دوروموندا






Fars rejiminin görünməmiş həyasızlığı



"Tehran Beyləqandan başlanan İran-Azərbaycan sərhədini Xəzər dənizinin içərilərinə qədər uzatmağı təklif edir"
Vaqif Arzumanlı: "Rus gəmiləri İrana getmək üçün Quba və Gilan xanlarından icazə istəyirdilər"
İran Xəzər dənizində Azərbaycana olan ərazi iddialarından əl çəkmək istəmir.

Bunu İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin son açıqlaması da təsdiqləyir: "1921-1940-cı illərdə Sovet İttifaqı ilə imzaladığımız razılaşmaya əsasən, İranın Xəzər dənizində payı 20 faizdən artıqdır". 

Məhəmməd Mehdi Axundzadə bildirib ki, Tehran Xəzərin hüquqi statusunun müəyyənləşdərilməsilə bağlı danışıqların ilk günündən öz mövqeyini konkret bildirib: "İran Xəzərdə sülhün və təhlükəsizliyi Xəzəryanı ölkələrin qarşılıqlı şəkildə təminatında təkid edir və bu sahədə təsir gücünə malikdir. Xəzəryanı ölkələr İranın həyata keçirəcəyi layihələrin onlar üçün də faydalı olacağını yaxşı bilirlər. Xəzər sülh dənizidir. Bizim bu dənizdə hər hansı hərəkətimiz beynəlxalaq qanunların əleyhinə deyil". 
Xatırladaq ki, 1921-1940-cı illərdə sovet Rusiyası və SSRİ ilə imzalanmış müqavilədə İrana Xəzər dənizində 20 faiz pay ayrıldığı göstərilsə də, faktiki olaraq, İran 13 faiz ekvatoriyaya malik olub. Üstəlik mütəxəsisslərin araşdırmaları göstərir ki, tarixən İranın Xəzər dənizinə çıxışı olmayıb. Xəzər dənizi həmişə türkdilli xalqların, o cümlədən Azərbaycan türklərinin nəzarətində olub. 

Professor Vaqif Arzumanlının verdiyi məlumata görə, hələ 18-ci əsrdə Rusiya hökmdarı II Yekaterina Quba xanı Fətəli xana və Gilan hökmdarına məktublar yazaraq rus tacirlərinin gəmilərlə Xəzər dənizindən keçməklə İrana sərbəst gedib-gəlməsinə icazə verilməsini və onların təhlükəsizliyinin təmin olunmasını xahiş edirdi. Bu məktublar indi də qalır və bir sənəd kimi Xəzər dənizinin İrana deyil, Azərbaycana məxsus ərazilər olduğunu təsdiqləyir: "Cənubi Qafqazın işğalı dövründə Rusiya ilə İran arasında həmişə Xəzər dənizi üstündə mübahisələr olub. Rusiyanın Azərbaycan və Türküstanı işğalından sonra bu ölkənin Xəzərdə nəzarət dairəsi genişlənir. Bu problemin rəsmi sənədlərdə həlli 1921-ci ildə sovet Rusiyası və 1940-cı ildə SSRİ ilə İran arasında bağlanmış müqavilələrdə öz əksini tapdı. Həmin müqavilədə Rusiyaya Xəzərin çox hissəsi düşmüşdü, İrana isə az hissəsi. SSRİ-nin dağılmasından sonra Xəzər dənizinini sahilyanı dövlətlər arasında 20 faizə bölünməsi məsələsi qaldırıldı. Bu təklifi digər sahilyanı dövlətlər qəbul edib. Amma İran istəyir ki, bölgü Astara xəttilə deyil, Göytəpə-Cəlilabad xətti üzrə aparılsın. Əgər belə olarsa, İrana 20 faizdən artıq pay düşür. Masallının üzərindən, Astara, Lənkəran, Cəlilabad xəttilə əlavə 13-15 faiz ərazi sularına iddia edir ki, ona düşsün. Xəzər dənizinin orta xətti Həştərxandan Pəhləviyə qədər bölünüb və sahilyanı ölkələrin ərazi suları həmin xəttə qədər məsafəylə müəyyənləşdirir. İran isə bu bölgü ilə razılaşmır və Türkmənistanın deyil, Azərbaycanın ərazisindən pay istəyir. Beyləqandan başlanan İran-Azərbaycan sərhəddini Xəzər dənizinin içərilərinə qədər uzatmağı təklif edir. Amma 18-19 noyabrda dövlət başçıları Bakıya toplaşacaqlar və bu məsələlər bir daha müzakirə olunacaq. İranın özündə də bu məsələyə ikili münasibət var".
Vaqif Arzumanlı bildirdi ki, əgər 1921 və 1940-cı illər müqavilələri iki dövlətin razılaşmasından ibarət idisə, artıq müzakirələr beş suveren dövlət arasında gedir. Ona görə də sərhədlərin müəyyənləşməsinə dair daha dəqiq ölçülər aparılmalıdır.
Xalq Cebhesi




طبقه بندی: ایران،  آذربایجان،  فرهنگی و هنری و اجتمایی، 
.: Weblog Themes By Pichak :.


تمامی حقوق این وبلاگ محفوظ است | طراحی : پیچک
قالب وبلاگقالب وبلاگ